21 Fevral Beynəlxalq Ana Dili Günü

Fevralın 21 – də Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dilim – qürur mənbəyim” adlı şeir müsabiqəsi keçirildi.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abbasova məruzə edərək bildirdi ki, hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu xatırladır.

Müsabiqənin şərtləri elan olunduqdan sonra iştirakçılar dinlənildi, münsiflər heyətinin qərarı ilə 3 nəfər qalib seçildi.

Tədbirin sonunda məktəbin direktoru bütün iştirakçıları Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik edərək çıxışını Ulu Öndər Heydər Əliyevin kəlamı ilə bitirdi. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi