Valideynin məktəbdə bir günü
Valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri – formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin yaradılması və BŞTİ – nin 28.01.2019 – cu il tarixli F.66 № - li əmrinin icrası məqsədilə fevralın 20 – də Bakı şəhəri 283 № - li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi yerinə yetirildi.
Tədbirin rəsmi hissəsini məktəbin direktoru Tünzalə Zeynalova açaraq təhsil müəssisəsinin 2018 – 2019 – cu tədris ili üçün fəaliyyət planından və istiqamətlər üzrə görülən işlərin hesabatını verdi.
Sonra valideynlər məktəbdə II – XI siniflərdə təşkil edilmiş dərslərdə iştirak etdilər. Dərslərdən sonra valideynlər üçün seminarlar təşkil edildi.
Növbəti mərhələdə valideynlər məktəblə əyani tanış olmaqla yanaşı şagirdlərin əl işləri ilə yaxından maraqlandılar.
Sonda məktəbin şagirdlərinin hazırladıqları bədii hissə - səhnəciklər, şeir və mahnılar nümayiş etdirildi.
Valideynlər məktəbədən xoş təəssüratlarla ayrıldılar.