3 № - li pedaqoji şura iclası

Fevralın 14 – də məktəbdə 3 № - li pedaqoji şura iclası keçirildi. İclasda məktəb rəhbərliyinin gündəlikdə qarşıya qoyulmuş “Birinici yarımilin yekunları”, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”,  “Sinif jurnallarının işlənmə vəziyyəti”, “Fənn olimpiadalarının nəticələri haqqında”,  “BSQ və I yarımilin nəticələrinin məktəbli kitabçasına köçürülməsi  vəziyyəti” ilə bağlı hesabatları və çıxışları pedaqoji şuraya təqdim olundu və bu məsələlər ətrafında müzakirələr aparıldı.  Həmçinin Azərbaycan dili və riyaziyyat fənn metodbirləşmələrinin sədrləri keçirilmiş fənn aylıqlarının nəticələri və təhlili ilə bağlı hazırladıqları  arayışı iclas iştirakçılarına təqdim etdilər. Cari məsələlərin ətrafında aparılmış müzakirə və çıxışlarda 2018 – 2019 – cu tədris ilinin  I yarımilində görülmüş işlərə münasibət  bildirərək, II yarımildə qarşıda duran məsələlər müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi