İmzalı görüş: Xalq yazıçısı Çingiz Abdullayev

Məktəbin fəaliyyət planına əsasən fevralın 7 – də “İmzalı görüş” layihəsi çərçivəsində Azərbaycan xalq yazıçısı, dedektiv əsərlər müəllifi, hüquq elmləri doktoru, dünya şöhrətli yazıçı Çingiz Abdullayevin müəllim, valideyn və şagird kollektivi ilə görüşü oldu. Məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçılarını salamlayaraq qonaqları təqdim etdi. Yazıçının həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra məktəbin şagirdlərinin yazıçının “Monte – Mario təpəsində ölüm”, “Quba kapriççiosu”,  “Mavi mələklər” əsərləri əsasında hazırladıqları səhnəciklər göstərildi.  Xalq yazıçısı müəllim və şagirdlərin ona ünvanladığı rəngarəng sualları cavablandırdı.  Özünün həyatı, yaradıcılığı ilə bağlı maraqlı məlumatlar verdi.

Tədbirin sonunda məktəbin ədəbiyyat müəllimi Ruhəngiz Cəbiyevanın yazıçıya xitabən söylədiyi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara”  şeiri səsləndi.

Xalq yazıçısı məktəb kollektivinə səmimi və mehriban şəraitdə keçən görüş üçün təşəkkürünü bildirərək, gələcəkdə də belə dəvətləri  dəyərləndirəcəyini bildirdi və yüksək təəssüratlarla kollektivdən ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi