Gənclər gələcəyimizdir

                  Fevralın 1 – də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Davudovanın təşkilatçılığı ilə “2 Fevral Gənclər Günü”nə həsr olunmuş “Gənclər gələcəyimizdir” adlı tədbir keçirildi.

Tədbir dövlət himninin səslənməsi ilə başladı. Aparıcılar Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997 – ci ildən 2 fevral tarixinin Azərbaycanda “Gənclər Günü” kimi qeyd olunmasından, həmin vaxtlardan etibarən artıq 22 ildir qeyd etdiyimiz bu günün MBD məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd olunması haqqında geniş məlumat verdilər.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan irsin bugün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulandı.

Məktəbin gənc şagirdlərinin hazırladıqları səhnəcikdə gənc yaşlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərimizdən, bayrağımızı zirvələrə qaldıran idmançılarımızdan böyük fəxr və qürur hissi ilə söhbət  açdılar. Tədbir gənc və gələcəyin gəncləri olan şagirdlərin təqdim etdikləri şeir, rəqs, musiqi, aforizmlərin, videoçarxların nümayişi ilə davam etdirildi.

Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova dövlətin gənclər siyasətindən, istedadlı gənclərə göstərilən diqqət və qayğıdan, gələcəyin gənclərinə  yaradılan dövlət proqramlarından faydalanmağı tövsiyə edərək, hal – hazırda məktəbin X sinfində təhsil alan gənc ixtiraçı Reyhan Camalovanı gənclərə örnək göstərərək, onun uğurlarından bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi