Şagirdlər qış tətilində
Uşaqlar gələcəyin yaradıcı və qurucularıdır. Onların hərtərəfli inkişafını təmin edən əsas amillərdən biri də şagirdlərin asudə vaxtlarının səmərəli təşkilidir. Bu baxımdan da şagirdlər üçün ayrılmış qış tətilində məktəbin V sinif şagirdlərinin sinif rəhbərlərinin və valideynlərinin rəhbərliyi ilə dahi Azərbaycan dramaturqu M.F.Axundovun “Hekayəti Xırsi-Quldurbasan” pyesinin tamaşasını izləmələri təşkil olunmuşdu.
Təşkil olunan belə ekskursiyalar məktəblilərin istər fiziki, istərsə də psixoloji cəhətdən böyük əhəmiyyət kəsb edir edir, uşaqlarda xoş təəssürat, gözəl əhvali - ruhiyyə yaradır.