Nümunə dərslər
Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və Ədəbiyyat fənni üzrə aylıq çərçivəsində müəllimlərin nümunə dərsləri dinlənildi. 16 yanvar tarixində Ədəbiyyat müəllimi Elnarə Abbasovanın 5ç sinfində C. Londonun “Kiş haqqında hekayət”, Azərbaycan dili müəllimi Mənsurə Alışovanın 5b sinfində “Kəndxuda və muzdur”, 22 yanvar tarixində Azərbaycan dili müəllimi Tamella Babayevanın 3e sinfində “Su həyatdır”, 23 yanvar tarixində Nitq mədəniyyətindən 10b sinfində Elmira Allahverdiyevanın “Az söylə, saz söylə”. Azərbaycan dili müəllimi Ruhəngiz Cəbiyevanın 6b sinfində “Qız qalası” mövzusunda keçdikləri nümunə dərsləri məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənildi. Qrup işi, kollektiv iş, cütlərlə iş formalarından, beyin həmləsi, BİBÖ, müzakirə, venn diaqramı, diskussiya, rollu oyunlar, klaster üsullarından istifadə etməklə təlim məqsədlərini reallaşdıran müəllimlər şagirdlərdə kollektiv və qrup formasında işləmək bacarığı aşılamaqla təlim materiallarının səmərəli mənimsədilməsinə nail oldular.
Sonda dinlənilən dərslər müzakirə olunaraq müvafiq tövsiyələr verildi.