29 il şəhidlik zirvəsində
Yanvarın 21 – də məktəbin tarix müəllimi Aynur Fərəcovanın təşkilatçılığı ilə “29 il şəhidlik zirvəsində ” mövzusunda dəyirmi masa keçirildi. Tədbir dövlət himninin səslənməsi, şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Rəhilə Heydərli “20 Yanvar” hadisələri zamanı Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğınlar törədilməsi ilə bağlı məlumatlar verdi və Azərbaycan xalqının müstəqillik yolunda atdığı ən böyük tarixi hadisə olduğunu vurğuladı.
Şagirdlər Azərbaycanın müstəqilliyi uğrunda öz canından keçmiş qəhrəman oğul və qızlarımız haqqında məlumatlar, şeirlər, mahnılar söylədilər, kompozisiyalar göstərdilər, faciəni əks etdirən təqdimatlar, videoçarxlar nümayiş etdirdilər.
Məktəbin VI, VII və VIII sinif şagirdləri ilə “29 il şəhidlik zirvəsində” mövzusunda esse yazıldı. Əvvəlcə şagirdlərə şəhidlərimizin şərəf dolu həyat tarixçələri, mübarizə yolları haqqında geniş məlumat verildi. Daha sonra şagirdlərin sərbəst işi təmin edildi.
İbtidai sinif müəllimi Əsmayə Qərnayevanın 2a sinfində, Rəfiqə Əliyevanın 1a sinfində “Qanlı 20 Yanvar” mövzusunda sinif təşkilat saatı dinlənildi. Şagirdlərin faciə qurbanları haqqında topladıqları məlumatların, söylədikləri şeirlərin, səsləndirdikləri şüarların onların vətənpərvərlik ruhunun formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bir daha vurğuladılar. 1a sinif şagirdləri hazırladıqları divar qəzetlərini nümayiş etdirərək, hadisə haqqında geniş məlumatlar verdilər.