Yol bələdçiləri
Məktəbin fəaliyyət planının 1.3.7 – ci bəndinə müvafiq olaraq yanvarın 16 – da 5ç sinfində “Yol bələdçiləri” adlı maarifləndirici dərs keçirildi. Şagirdlər “Yol hərəkəti qaydaları haqqında qanundan”, işıqfor, surət nişanları, yeraltı, piyada keçidləri və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verdilər.
Dərsdə “Yol hərəkəti qaydaları”nın insanların təhlükəsizliyinə xidmət etməsini əks etdirən səhnəciklər nümayiş etdirildi, şeirlər, məlumatlar söylənildi.
Keçirilmiş oyunlar şagirdlərdə məntiqi təfəkkürü, diqqəti, yadda saxlama və yada salma kimi hafizə proseslərini inkişaf etdirdi və onlarda rəqabət hissini gücləndirdi.
Sonda şagirdlərin mövzu ilə əlaqəli topladıqları pazllar dərsin möhkəmlənməsinə xidmət etdi.