Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planına uyğun olaraq yanvar ayında Azərbaycan dili və ədəbiyyat fənləri üzrə aylıq çərçivəsində dərsdinləmələr davam edir. Dinlənilmiş dərslərdə məqsəd müəllimlərin dərsə verilən müasir tələbləri necə yerinə yetirmələri, təlim materiallarının səmərəli mənimsədilməsinə təsir göstərən üsullardan istifadə vəziyyətini müəyyən etməkdir.  Bu məqsədlə yanvarın 14 – də Azərbaycan dili və ədəbiyyat müəllimləri Aytəkin Rzayevanın 8c sinfində “Tərzi – hərəkət zərfliyi”, Afaq Məmmədovanın 9c sinfində “Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri”, yanvarın 15 – də Sədaqət Qurbanovanın 5d sinfində “Balaca aşpaz”,  Dürdanə Məmmədovanın 1d sinfində “Heyvanxanada”, Safura Mahmudovanın XIb sinfində Zəlimxan Yaqubun “Bu torpaq üçün yaşa!”, yanvarın 16 – da IV sinif müəllimləri Afiqə Kərimova, Firəhnaz İsayeva, Nəzakət Alahverdiyevanın “Dünyagörmüş baba” mövzusunda keçdikləri dərslər məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənildi.

Dərs prosesində səmərəli tədris formaları və üsullarından, maraqlı və keyfiyyətli resurslardan, qiymət meyarlarından istifadə edən müəllimlər optimal iş şəraiti yaradaraq təlim məqsədinə nail oldular.

Sonda dərslər müzakirə olunaraq müvafiq təkliflər və məsləhətlər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi