Fənn aylığı

Məktəbin fəaliyyət planına əsasən yanvar ayında Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.

Yanvarın 11 – də Yusifkənan Xuramanın 8b sinfində ədəbiyyatdan M.P.Vaqifin “Hayıf ki, yoxdur”, Elmira Allahverdiyevanın 7b sinfində Azərbaycan dilindən “Təqvim. Dil qaydaları”, Ağgül Hümbətovanın 6ç sinfində Azərbaycan dilindən “Aypara və Ulduz. Dil qaydaları” mövzusunda keçdikləri dərslər dinlənildi. Qrup işi, cütlərlə iş, kollektiv iş formalarından, BİBÖ, beyin həmləsi, müzakirə üsullarından istifadə etməklə fənn müəllimləri təlim nəticələrinin, qarşıya qoyulmuş məqsədin reallaşmasına nail oldular. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında səviyyələrə görə keçirildi.

Sonda dinlənilmiş dərslərin müzakirəsi oldu, müvafiq rəy və təkliflər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi