Fənn aylığına hazırlıq
Məktəbin fəaliyyət planına əsasən bu ay Azərbaycan dili və ədəbiyyat fənləri üzrə aylıq keçirilməsi nəzərdə tutulmuşdur. Yanvarın 4 – də məktəb rəhbərliyinin Azərbaycan dili və ədəbiyyyat fənn müəllimləri ilə görüşü oldu. Məktəbin direktoru Tünzalə Zeynalova müəllimləri Təhsil Nazirliyinin “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” ilə tanış etdi. Daha sonra aylıq çərçivəsində qarşıya qoyulan məsələlər və görüləcək işlərlə bağlı geniş müzakirələr aparıldı. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu.