Həmrəylik birlik deməkdir

Dekabrın 28 – də məktəbin ibtidai sinif müəllimi Afiqə Kərimovanın təşkilatçılığı ilə məktəbəhazırlıq qrupu və dördüncü sinif şagirdlərinin iştirakı ilə “Həmrəylik birlik deməkdir” adlı tədbir keçirildi.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin “31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü təsis etmə tarixi haqqında məlumatla davam etdirildi. Məktəbəhazırlıq qrupunun şagirdlərinin ifasında vətən haqqında bayatılar, şeirlər səsləndi.

“Turpun nağılı” tamaşasında balacalar “Güc birlikdədir” fikrini nümayiş etdirdilər. IV sinif şagirdlərinin “Yeddi nar çubuğu” nağılı əsasında hazırladıqları səhnəcikdə “El bir olsa dağ oynadar yerindən” fikri bir daha öz təsdiqini tapdı. Araz çayı vasitəsilə Azərbaycanın ikiyə bölünməsi ilə bağlı göstərilən səhnəcik Ulu Öndər Heydər Əliyevin Vahid Azərbaycan, dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı fikirlərini əks etdirən videoçarxla yekunlaşdı.

Tədbirin sonunda dünyaca məşhur olan azərbaycanl alimlər haqda videogörüntülər nümayiş olundu və məktəbin X sinif şagirdi Reyhan Camalovanın ixtiraçılıq fəaliyyəti haqqında məlumat verildi.

Məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçılarını “31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təbrik edərək il ərzində məktəbdə keçirilmiş uğurlu tədbirlərdən bəhs etdi, tədbirin təşkilatçıları olan məktəbəhazırlıq və dördüncü sinif şagirdlərinin birgə işinin alqışa layiq olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi