Təmayül siniflərdə sınaq yoxlama
Məktəbin fəaliyyət planına əsasən dekabrın 27 – də X təmayül sinifləri üzrə əsas fənlərdən sınaq qiymətləndirmə keçirildi. Məqsəd təmayül istiqamətlərinə uyğun öyrənilmiş bilik və bacarıqlara yiyələnmə keyfiyyətinin öyrənilməsi, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarını müəyyənləşdirilməsi idi. Şagirdlər seçdikləri sahəyə uyğun beş fənn üzrə təqdim olunmuş test tapşırıqlarını cavablandırdılar. Şəffaf və obyektiv şəkildə keçirilmiş sınaq yoxlamada şagirdlərin sərbəst işi təmin olundu.