Bu dünyada Müşfiq vardır

Dekabrın 26 – da məktəb kitabxanasının təşkilatçılığı ilə “Mütaliə aylığı” çərçivəsində “Bu dünyada Müşfiq vardır” adlı tədbir keçirildi.

Tədbirdə Müşfiqin həyat və yaradıcılığından bəhs edən videocarx nümayiş etdirildi. Sonra Cənab Prezidentinin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Tədbirin bədii hissəsi tar və kamançanın sədaları ilə müşaiyət olundu.

Şagirdlər Azərbaycan poeziya xəzinəsinin inciləri sırasına daxil olan “Oxu tar”, “Yenə o bağ olaydı”, “Ana”, “Yağış yağarkən”, “Yaşa Könül” və s. şeirlərini həm Azərbaycan, həm də rus dillərində söyləyərək Müşfiq poeziyasının daima qəlblərdən silinməyəcəyini bir daha vurğuladılar. Eyni zamanda şagirdlərin səhnələşdirdikləri “Şəngülüm, Məngülüm, Şüngülüm”, “Kəndli və ilan” mənzum nağılları tamaşaçılar tərəfindən alqışla qarşılandı.

Sonda məktəbin direktoru tədbir iştirakçılarına Mikayıl Müşfiq yaracılığına müraciət etdiklərinə görə təşəkkür edərək onların qarşıdan gələn “31 Dekabr dünya azərbaycanlılarının həmrəylik günü”nü təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi