Monitorinq keçirildi
Dekabrın 26 – da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirilməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə məktəbdə 2,4,6,8 – ci siniflər üzrə Ana dili, Riyaziyyat, İngilis dili fənləri üzrə monitorinq keçirildi.
Monitorinqin şəffaf və təlimata uyğun keçirilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hər bir sinif və fənn üzrə məsul şəxslər, həmçinin qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər müəyyənləşdirildi.
Monitorinq bitdikdən sonra sual vərəqləri yığılıb yoxlanmaq üçün məsul şəxsə təhvil verildi.