Şagirdlər “Bacarıqlı əllər” dərnəyində

Əməyin hər bir növündə uşaqların əldə etdikləribacarıqlar, ətrafdakılar üçün faydalı olan əmək vərdişləri, yoldaşla birgə və yoldaş üçün işləmək bacarığı – bütün bunlar məktəbdə fəaliyyət göstərən “Bacarıqlı əlllər” dərnəyində  öz əksini tapır.

Dekabrın 20 – də “Bacarıqlı əllər” dərnəyinin işi öyrənildi.  Dərnək rəhbəri məktəbin Texnologiya müəllimi Gülən Bağırova şagirdlərin əl əməyinin təşkilində əsasən applikasiya üsulundan istifadə etdiklərini, parça ilə işlər bölməsinin mühüm vəzifələrindən biri olan tökmələrin yerinə yetirilməsini, əl tikişlərinin yerinə yetirilməsilə hazırlanan məmulatın bədii tərtibatının sərbəst şəkildə hazırlamaları barədə məlumat verdi. Şagirdlər hazırladıqları əl işlərini təqdim etdilər.

Məktəbin “Bacarıqlı əllər” dərnəyi üzvlərinin hazırladıqları nümunəvi əl işləri rayon və şəhər səviyyəli keçirilən tədbirlərdə də nümayiş etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi