Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planına əsasən dekabr ayında Riyaziyyat dərslərinin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Ayın əvvəlindən dərsdinləmələr başlamış və hazırda da davam etməkdədir.

Dekabrın 18 – də riyaziyyat müəllimləri Zeynəb Həsənovanın 7ç sinfində “Çoxhədlilərin çıxılması”, Nigar Süleymanovanın 6ç sinfində “Müsbət və mənfi ədədlər”, dekabrın 19 – da isə Sevda Vəliyevanın 9a sinfində “Yüksək dərəcəli tənliklərin həlli”, Elmira Hüseynovanın 6c sinfində “Faizə aid məsələlər”, Arzu Xəlilovanın 5c sinfində “Onluq kəsrlərin müqayisəsi”, Zülfiyyə Əliyevanın 7d (rus bölməsi) sinfində “Üçbucaqların konqurentlik  əlamətləri” mövzularında keçdikləri nümunə dərslər dinlənildi. Müəllimlər maraqlı motivasiya qurmaqla şagirdləri tədqiqatçlığa cəlb etdilər. Dərslərdə qrup və fərdi iş formalarından, BİBÖ, beyin həmləsi, müzakirə üsullarından istifadə etməklə şagirdlərin idraki fəallığının, müstəqillik səviyyəsinin, təhliletmə, ümumiləşdirmə, tətbiqetmə kimi vərdiş və bacarıqlarının inkişaf etdirilməsinə nail olundu.

Müəllimlər özlərinin hazırladıqları materiallardan, maraqlı və keyfiyyətli resurslardan, müxtəlif qiymətləndirmə vasitələrindən istifadə etməklə məzmun standartlarının, təlimin məqsədinin reallaşdırılmasına nail oldular.

Dərslərin maraqlı və geniş müzakirəsi keçirildi və müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi