Birincilərin Riyaziyyat dərsi

Riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi çərçivəsində dekabrın 17 – də məktəbin birinci siniflərində “Ədəd oxu üzərində çıxma” mövzusunda dərslər dinlənildi. Məqsəd şagirdlərin riyazi bacarıqlarının öyrənilməsi və bu bacarıqların necə tətbiq edilməsini müşahidə etmək idi.

Birincilərdə mövzu eyni olsa da, Ehtiyyat Dərsliklərin Sınaq Prosesi keçirilən 1ç sinfində isə mövzu “Ədədlərin çıxılması” oldu. Bu yeni pilot layihə ilə dərsini quran 1ç –nin sinif müəllimi Rəfiqə Zeynalova çıxma əməlinin mənasını izah edərkən əşya qrupundakı əşyaları çıxılan qədər azaltmaq lazım olduğunu qeyd edərək mövzunun şagirdlərə mənimsədilməsi üçün rəngarəng və çox maraqlı resurslardan istifadə etdi.

Bir – birindən maraqlı keçən birincilərin riyaziyyat dərslərində şagirdlər ədəd oxunun üzərində çıxma əməlinə aid misalları asanlıqla və həvəslə yerinə yetirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi