Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planına əsasən riyaziyyat fənnindən dərsdinləmələr davam edir.

Aylıq çərçivəsində riyaziyyat müəllimi Elmira Hüseynovanın 10a sinfində “Triqonometrik ifadələrin sadələşdirilməsi”, Gülzar Ələkbərovanın 5b sinfində “Qarışıq ədədlərin toplanması”, Vəsilə Şirinovanın 9ç sinfində “Çevrənin tənliyi”, Sevinc Əhmədovanın  5ç sinfində  “Məxrəcləri bərabər olan kəsrlərin çıxılması” mövzusunda keçdikləri dərslər dinlənildi. Məqsəd tədris prosesində müasir təlim metod və texnologiyalarının tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliliyi və peşıkarlıq səviyyəsi haqqında məlumatın toplanması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, müəllim – şagird münasibətlərinin təhlili idi. Cütlərlə, qruplarla iş formasından, beyin həmləsi, müzakirə, klaster və s. kimi iş üsullarından, təlimin texniki vasitələrindən məharətlə istifadə olunduğu dərslərdə şagirdlər təhliletmə, ümumiləşdirmə, idraki fəallıq kimi bacarıqlar aşılandı.

Dinlənilmiş dərslər məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə müzakirə olunub tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi