IV siniflərdə Riyaziyyat dərsləri dinlənildi

Riyaziyyat fənninin tədrisini vəziyyətinin öyrənilməsi məqsədilə dekabrın 13 – də məktəbin IV siniflərində “Çoxrəqəmli ədədlərin birrəqəmli ədədlərə bölünməsi” mövzusunda riyaziyyat dərsləri dinlənildi. Məqsəd şagirdlərin riyazi bacarıqlarının öyrənilməsi və bu bacarıqların necə tətbiq edilməsini müşahidə etmək idi.

Bütün siniflərdə mövzu eyni idi. Hər bir müəllimin mövzunun şagirdlərə mənimsədilməsi üçün istifadə etdikləri resurslar, iş forma və üsulları, inteqrasiyalar tam müxtəlif, rəngarıng və maraqlı idi.

Dərs zamanı şagirdlərin yuvarlaq ədədlərə vurma və bölmə əməllərini, bu əməllərin qarşılıqlı əlaqəsi və mahiyyəti üzərində qurulmuş məntiqi misalları asanlıqla və həvəslə yerinə yetirdikləri müşahidə edildi.

Dinlənilən dərslər məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təhlil edilərək müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi