Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir
Məktəbin fəaliyyət planının 1.3.9 bəndinə əsasən Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının, dövlətçilik siyasətinin, zəngin irsinin tədqiq və təbliği məqsədilə dekabrın 11 – də “Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir” mövzusunda anım günü keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Məktəbin direktoru Tünzalə Zeynalova tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı günlərdə xalqın tələbi ilə Heydər Əliyevin böyük siyasətə qayıdışından və Müstəqil Azərbaycanın yaranması tarixindən danışdı.
Məktəbin tarix müəllimi Rəhilə Heydərli Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin gənclərə nümunə olan həyat yolundan bəhs edərək geniş məruzə etdi.
Daha sonra X – XI sinif şagirdləri arasında Ulu Öndərin Azərbaycan xalqının dövlətçilik tarixindəki xidmətlərinə aid suallardan ibarət intellektual oyun keçirildi. Komandalar olduqca fəal idilər. Qalib komandalar diplomla təltif edildilər.
Sonda Ulu Öndər və Prezident İlham Əliyevin dialoqunu əks etdirən kompozisiya nümayiş etdirildi.