Rus dilində mütaliə bacarığı

Dekabrın 8 – də Rus dili müəllimlərinin təşkilatçılığı ilə hazırlanmış “Yubilyar kitablar” adlı ədəbi – bədii tədbir keçirildi.

Tədbirdə Rusiya  İnformasiya Məkrəzinin əməkdaşı Lyubov Yakunina, Təlimə Dəstək Mərkəzinin əməkdaşı Dilbər Məmmədova ilə yanaşı məktəbin müəllim, valideyn və şagird heyəti də iştirak etdi.

Dövlət himninin səslənməsindən sonra şagirdlərin ifasında rus – dilində hazırlanmış “Tıq – tıq xanım”ın nağılı tamaşası, böyük rus şairi A.S.Puşkinin şeirlərindən ibarət kompozisiya, yubileyi ərəfəsində olduğumuz mütəfəkkir Azərbaycan  şairi İ.Nəsiminin qəzəlləri iştirakçılara təqdim olundu.

Sonda məktəbin direktoru Tünzalə Zeynalova tədbirin rəngarəng və maraqlı keçməsində rolu olan müəllim və şagirdlərə təşəkkürünü bildirərək sözü Rusiya İnformasiya Mərkəzinin əməkdaşı Lyubov Yakuninaya verdi.

L.Yakunina şagirdlərin çıxışlarını maraqla izlədiyini və onların rus dilində nitq qabiliyyətini, fikirlərini səlis ifadə edə bilmək bacarıqlarını yüksək qiymətləndirdi.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi