Mütaliə aylığı
Mütaliə mədəniyyətinin və bilik dairəsinin genişlənməsinə səy göstərərək məktəb kitabxanası şagirdlərlə hər zaman sıx təmasdadır.
Noyabrın 30 – da “Təhsildə keyfiyyət ili” ilə bağlı 2.6 – cı bəndini əsas tutaraq məktəbdə kitabxana xətti ilə şagirdlərin cəlb olunduğu məktəbin kitabxanasında növbəti mütaliə aylığı keçirildi. Fəal oxucular noyabr ayı üçün oxuduqları xarici yazıçıların əsərlərinə dair 15 dəqiqəlik təqdimatlarla çıxış etdilər. Sonda əsərlərə əsasən çəkilmiş filmlərdən fraqmentlər təqdim olundu.
Məqsədimiz şagirdlərdə mütaliə, nitq və tədqiqat bacarıqlarının aşkara çıxarmaqdır.