1 Dekabr QİÇS – lə mübarizə günüdür

Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996 – cı ildə qəbul olunub. 2010 – cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası da genişlənib. Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.

Noyabrın 30 – da məktəbdə biologiya müəllimlərinin təşkilatçılığı ilə “Ümumdünya QİÇS – lə mübarizə günüdür” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

Tədbirdə çıxış edən Nəzakət Məmmədli, Zərnişan Rüstəmova “Ümumdünya AİDS günü”nün elan olunması və QİÇS – ə qarşı effektiv kompaniyaların  birləşməsi üçün qəbul edilən qərarlardan və zəruri vərdişlərdən qorunmağın yollarından danışdılar.  Şagirdlərin hazırladıqları məlumlar, göstərdikləri səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılandı.

Sonda məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək bəşəriyyətin qlobal probleminə çevrilmiş və hər bir gəncin potensial namizəd olduğu zərərli vərdişlərdən qorunmasının yolları haqqında təbliğat aparılması və maarifləndirilməsi üçün bu cür tədbirlərin tez – tez keçirilməsini təqdirəlayiq hesab etdi və iştirakçılara təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi