Pedaqoji Şura iclası № 2

Noyabrın 29 – da məktəb pedaqoji şurasının növbəti iclası oldu.

İclasda pedaqoji heyət gündəlik məsələlərlə bağlı məruzələri dinlədi. Keçirilən fənn aylıqlarının yekunu ilə bağlı Tarix fənn metodbirləşmə sədri Sima Camalova, Texnologiya fənn metodbirləşmə sədri Gülşən Bağırova, Fiziki tərbiyə metodbirləşmə sədri Nailə Məmmədova, Coğrafiya fənn metodbirləşmə sədri Xalidə İsmayılovanın hesabat məruzələri dinlənildi. Təlim – tərbiyə işləri üzrə direktor müavinlərinin “Sinif jurnallarının icra vəziyyəti”, “Bilik yarışmasının məktəb mərhələsi”, “Məktəbəhazırlıq qruplarında işin təşkili və monitorinqi”, kitabxana müdiri Sevinc Rəhimovanın “Mütaliə aylığı, onun fəaliyyət formaları” haqqında hesabat çıxışları oldu.

Məktəbin direktoru Tünzalə Zeynalova ümumi orta  təhsil kursu üzrə məktəbin əvvəlki illərin göstəricisi və qarşıda duran məsələləri geniş təhlil etdi və pedaqoji heyəti Təhsil Nazirliyi, BŞTİ – nin əmr və sərəncamları ilə tanış etdi. İclasda müzakirə olunan məsələlər ətrafında çıxışlar oldu və müvafiq qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi