Beşyaşlıların monitorinqi

Noyabrın 28 – də məktəbəhazırlıq qruplarında “Məntiqi və riyazi təfəkkürün inkişafı” məşğələlərində monitorinq aparıldı. “Əşyanın əlaməti. Ölçü” mövzusu üzrə aparılan monitorinqdə uşaqlar verilmiş şəkilləri ölçülərinə  görə - kiçikdən böyüyə ardıcıl xətlə birləşdirə, hündür ağacı yaşıl, alçaq ağacı sarı, ən uzun parçanı qırmızı, ən qısa parçanı göy, iki eyni uzunluqda olan parçanı isə yaşıl rənglə rənglədilər.

Monitorinqin gedişindən aydın görünürdü ki, beşyaşlıların sərbəst işləmək bacarığı tədricən formalaşır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi