Tarix və Coğrafiya dərslərində

Məktəbin fəaliyyət planına müvafiq noyabr ayında tarix və coğrafiya fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Aylıq ərzində demək olar ki, bütün fənn müəllimlərinin dərsləri dinlənildi. 26 – 27 noyabr tarixlərində isə Tarix müəllimləri Əfsanə Abdıyevanın 8b sinfində “Azərbaycan Rusiya və Osmanlı dövlətlərinin hakimiyyəti altında”,  Şəfiqə Tağıyevanın Xb sinfində “Albaniya dövləti – ümumiləşdirici dərs”, Mirvari Mirzəyevanın 7d sinfində “Azərbaycan vahid dövlətin tərkibində”, Coğrafiya müəllimləri Məlahət Əliyevanın Xb sinfində “Azərbaycanın endogen relyef formaları”, Validə Məmmədlinin 7d sinfində “Yer kürəsinin öz oxu ətrafında fırlanması” mövzusunda keçdikləri nümunə dərsləri dinlənildi.

Məktəb rəhbərliyinin və fənn müəllimlərinin iştirakı ilə keçirilən dərslərdə məzmun standartlarının düzgün seçilməsi, forma və üsulların məqsədə müvafiqliyi, maraqlı və keyfiyyətli resurslardan istifadə şagirdlərə fəallıq yaratdı. Dərslərin müzakirəsi zamanı məktəb rəhbərliyi və müvafiq müəllimlər tərəfindən lazımi tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi