Mir Cəlal Paşayev 110

22 noyabrda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinin qeyd edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 29 oktyabr 2018-ci il 284 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq orta ümumtəhsil məktəbləri arasında “Bir gəncin manifesti” əsəri əsasında hazırlanmış tamaşalara baxış keçirilib.
Təsdiq edilmiş qrafikə uyğun olaraq 276, 283, 313 və 314 nömrəli tam orta məktəblərin birgə hazırladıqları tamaşa 283 nömrəli tam orta məktəbdəbaş tutub.
Təşkil olunan tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi R-nın baş təlimatçısı Rahil Şükürov, Komisiyanın üzvləri, məktəb direktorları, valideynlər, sagird və müəllim heyəti iştirak etmişlər. 
İlk olaraq görkəmli yazıçının həyat və yaradıcılığına, ömür yolundan və zəngin yaradıcılığından bəhs edən videoçarx  nümayiş etdirilib.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu qeyd edib, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Kompozisiyanın  müasir dövrlə əlaqələndirilməsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi