Metodbirləşmə iclası

Məktəbin fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi qrafikində noyabr ayı Tarix, Coğrafiya və İqtisadiyyatın əsasları fənlərinin tədrisi keyfiyyətinin izlənilməsi nəzərdə tutulmuşdur. Aylıq çərçivəsində görüləcək işlərin müəyyənləşdirilməsi məqsədilə 16 noyabr tarixində fənn metodbirləşmələrinin məktəb rəhbərliyi ilə görüşü oldu.

Məktəbin direktoru Tünzalə Zeynalova noyabr ayında Tarix və Coğrafiya müəllimlərinin görəcəyi işlər barədə məlumatları ümumiləşdirərək şagirdlərin təlim keyfiyyətinin irəliləyişinin təmin edilməsi baxımından keçiriləcək nümunə dərslərin, elmi konfrans və dəyirmi masaların xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Fənn müəllimlərinin də çıxışları dinlənildikdən sonra müvafiq qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi