Məktəbəhazırlıq qruplarının məşğələsində
Noyabrın 15 – də məktəbəhazırlıq qruplarında təlim məşğələlərinin nümunələri dinlənildi. Məktəbəhazırlıq proqramında əsas məşğələlərdən biri fiziki mədəniyyətdir. Uşağın hərtərəfli inkişafının əsası fiziki tərbiyədir. Düzgün təşkil edilmiş idman prosesi “A” qrupunda keçirilən “Sürət” və sürət güc bacarıqlarının inkişaf etdirilməsi” məşğələsində izlənildi. Uşaqlar şən əhval – ruhiyyə ilə hərəkətli oyunları yerinə yetirdilər. Riyaziyyatın da inkişafa unikal təsiri var. Onun öyrənilməsi yaddaşın, nitqin, emosiyaların inkişafına kömək edir, fərdi yaradıcılıq kimi keyfiyyətləri formalaşdırır. “B” qrupunda isə məşğələ riyaziyyatdan oldu. “5 ədədi və 5 rəqəmi”nin öyrənilməsində uşaqlar rəqəmlərin içərisindən “5” rəqəmini göstərdi, “5” - ə qədər ədədləri müqayisə etdi, əşyalar çoxluğundan 5 dənə əşyanı sayıb ayırmağı bacardılar.
Hər iki məktəbəhazırlıq qrupunda verilən tapşırıqlar təlim məzmununu sırf praktik əşyalar üzərində qurulması uşaqlarda müstəqil qərar qəbul etmək bacarığını formalaşdırır.