Milli Dirçəliş Günü
Məktəbimizdə tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin qeyd olunması ənənə halını almışdır. Noyabrın 15 – də məktəbin tarix müəllimi Əfsanə Abdıyevanın təşkilatçılığı ilə “17 Noyabr Milli Birlik və Dirçəliş Günüdür” mövzusunda dəyirmi masa keçirildi. Tədbirin giriş hissəsində çıxış edən Əfsanə Abdıyeva 17 noyabr Milli Azadlıq Hərəkatının səbəbləri, meydan hərəkatının tarixi əhəmiyyəti barədə ətraflı məlumat verdi. Bu hadisələrlə bağlı videoçarxların nümayişindən sonra şagirdlərin çıxışları dinlənildi.
Yekunda məktəbin direktoru Tünzalə Zeynalova, tarix fənn metodbirləşməsinin sədri Sima Camalova çıxış etdi. Məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərdə vətənpərvərlik, milli – mənəvi dəyərlərə hörmət hissinin aşılanması baxımından keçirilmiş tədbirin əhəmiyyətindən bəhs etdi.