Şahmat idman növü üzrə I yer
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində 5-6 noyabr 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində şahmat idman növü üzrə rayondaxili mərhələ keçirilmişdir.
Yarışda rayonun 32 orta ümumtəhsil müəssisələri iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri 283 №-li tam orta məktəbin komandası tutmuşdur.
Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək, idman növü üzrə qalib məktəblərin idmançılarının beynəlxalq yarışlarda iştirakını təşkil etməkdir.
Şahmat idman növü üzrə növbəti mərhələdə məktəbin komandasına uğurlar arzulayırıq.