100 ilə şahid bayraq

Noyabrın 8 – də məktəbdə “100 ilə şahid bayraq” adlı tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Bayram günü ilə çıxış edən məktəbin direktoru bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, dövlət bayrağının keçdiyi asan olmayan tarixi yolundan, şagird və yeniyetmələrdə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən və onların Vətənə, millətə, soykökünə bağlı vətəndaşlar kimi yetişdirilməsinin məktəbin qarşısında duran ən mühüm vəzifə olduğundan danışdı.

Daha sonra çıxış edən YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva tədbir iştirakçılarını təbrik edərək vətənpərvərlik tədbirlərinin şagirdlərdə dövlətçilik, millətçilik hisslərinin aşılanması istiqamətindəkixüsusi əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən şagirdlər bayraq gününə həsr edilmiş şeirlər, mahnılar və kompozisiyalar təqdim etdilər.

 Sonda YAP – ın  sıralarına yeni qəbul edilmiş  məktəbin 22 nəfər müəlliminə partiya biletləri təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi