Bayrağımız qürur mənbəyimizdir

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız – milli bayrağımız ilk dəfə 1918 – ci il noyabrın 9 – da Bakıda qaldırılmışdır.

Uzun fasilədən sonra 1990 – cı il noyabrın 17 – də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin Təşəbbüsü ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. 1991 – ci il fevralın 5 – də Azərbaycan Respubilkasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan etdi.

Bayraq günü ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən noyabrın 5 – də məktəbin V və VI sinif şagirdlərinin təşəbbüsü ilə “Bayrağımız qürur mənbəyimizdir” adlı kompozisiya keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi