XI siniflərdə monitorinq
Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyl və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.
Bu baxımdan artıq ikinci tədris ilidir ki, məktəbimizdə təmayülləşmə tətbiq olunur. Hazırda məktəbimizdə XI siniflər üzrə texniki təmayüllü, riyaziyyat – iqtisadiyyat təmayüllü olmaqla iki sinif vardır. Məktəb rəhbərliyi tərəfindən mütəmadi olaraq həmin siniflərdə təmayül istiqamətləri üzrə fənlərin tədrisi vəziyyəti öyrənilir və müvafiq qərarlar qəbul edilir.
Noyabrın 1 – də təmayül siniflərdə tədris olunan fənlərin tədrisi və şagirdlərin təlim keyfiyyətini öyrənmək məqsədilə monitorinq keçirildi. Şagirdlərə verilmiş tapşırıqların icrası üçün lazımi şərait yaradıldı və sərbəst işi təmin olundu.