Aylığın yekunu

Məktəbdə fənlərin tədrisi vəziyyətinin öyrənilməsi qrafikinə əsasən oktyabr ayında başlanmış  Musiqi, Texnologiya, Təsviri incəsənət, Fiziki tərbiyə fənləri üzrə şagird nailiyyətlərinin izlənilməsi məqsədilə dərsdinləmələr davam edir.

Oktyabrın 30 – da fiziki tərbiyə müəllimləri Rəşad Səfərovun 5ç sinfində “Aşağı ətraf əzələlərində sürət – güc qabiliyyətinin inkişaf etdirilməsi”, Nailə Məmmədovanın 7a sinfində “Hərəkət sürətinin təkmilləşdirilməsi”, Məlahət Eyvazova, İlham Təhməzovun 8ç sinfində “Maksimal qaçış sürətinin inkişaf etdirilməsi”, Yadigar Paşayev, Məlahət Eyvazovanın 11b sinfində “Hərəkət sürətinin təkmilləşdirilməsi”,  Dilrubə Əmirovanın 5a, Yadigar Paşayevin 6d sinfində “Aşağı ətraf əzələlərinin sürət – güc qabiliyyətinin inkişaf etdirilməsi” mövzusunda keçdikləri dərslər məktəb rəhbərliyi, metodbirləşmə sədri və səriştəli müəllimlər tərəfindən dinlənildi. Fənn müəllimləri şagirdlərə aşağı ətrafların, ayaqların sürət – güc qabiliyyətinin inkişaf etdirilməsi üçün müxtəlif yolların olduğunu icra olunmuş oyunlar və hərəkətlər vasitəsilə  nümayiş  etdirdilər. Fiziki tərbiyə dərslərində şagirdlər verilən tapşırıqları vaxtında və həvəslə icra etdilər. Aylıq çərçivəsində dinlənilmiş  fənlər təhlil olunaraq şagirdlərdə estetik zövqün, sağlam həyat tərzinin formalaşdırılması üçün həmin fənlərin səmərəli tədrisinin vacibliyi qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi