Beynəlxalq Məktəb Kitabxanaları günü
1999 – cu ildən YUNESKO – nun qərarı ilə xüsusi bayram – “Beynəlxalq Məktəb Kitabxanaları günü” qəbul edilmişdir. Oktyabrın 26 – da müxtəlif sinif şagirdlərinin iştirakı ilə “Beynəlxalq Məktəb Kitabxanaları günü”nə həsr edilmiş açıq qapı günü keçirildi. Şagirdlərə bu günün tarixi barədə qısa məlumat verildi. Oxucular həmçinin kitabxanadan istifadə qaydaları ilə tanış oldular. VI sinif şagirdləri qədim dünya kitabxanaları, orta əsrlər, intibah, maarifçilik dövrü, Azərbaycan kitabxanaları tarixi haqqında təqdimatlarla çıxış etdilər.
Tədbirin sonunda şagirdlərə dünyanın ən məhşur və gözəl kitabxanalarının videoçarxı təqdim olundu.
Məqsədimiz şagirdlərə bir daha kitabxanaların bütün zamanlarda insanlara fayda gətirib və gətirəcəyini aşılamaqdır.