Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planının 1.1.26 – cı bəndinə müvafiq olaraq Musiqi və nəğmə, təsviri incəsənət fənlərinin tədrisi zamanı şagirdlərdə estetik zövqün formalaşdırılması, bu fənlər üzrə bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, eləcə də tədris prosesində müasir təlim metod və texnologiyalarının tətbiqi vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə dərsdinləmələr davam edir.

Oktyabrın 25 – də Musiqi və nəğmə müəllimi Sevinc Abdullayevanın 8b sinfində “Pyotr İliç Çaykovski və xalq musiqisi”, Qövsi Aygünün 7ç sinfində “Azərbaycan mahnılarında məkan obrazı”, Təsviri incəsənət müəllimi Asya Həsənovanın 5b sinfində “Azərbaycan tikmələrində kompozisiya” mövzularında dərsləri dinlənildi.

Fənn müəllimləri təlim nəticələrini reallaşdırmaq məqsədilə düzgün metod və üsullar seçərək, maraqlı və keyfiyyətli resurslardan istifadə etdilər.

Dinlənilmiş dərslərdə yüksək əhval – ruhiyyə şəraitində şagirdlərə nikbinlik, emosionallıq, milli – mənəvi dəyərlərimizə hörmət və sevgi kimi hislər aşılandı.

Məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə dərslərin təhlili aparıldı və müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi