IX siniflərdə monitorinq
Oktyabrın 24 – də IX sinif şagirdlərinin Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə təlim nailiyyətlərinin və buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə monitorinq keçirildi.
Azərbaycan və rus bölməsi üzrə keçirilmiş monitorinqdə şagirdlərə hər fənn üzrə 15 test tapşırığının icrası üçün müəyyən olunmuş zaman çərçivəsində verilmiş tapşırıqlar icra olundu. Məktəb rəhbərliyinin qeyri – ixtisas fənn müəllimlərinin nəzarəti ilə keçirilmiş monitorinqdə şagirdlərin sərbəst işləməsi təmin olundu.