Birincilər

Tədrisin keyfiyyətinin düzgün istiqamətləndirilməsi, məktəbdə tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqi, müəllimlərin səriştəliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın, şagirdlərin nailiyyətlərinin öyrənilməsii məqsədilə oktyabrın 23 – də birincilərin tədris prosesi izlənildi.

2018 – 2019 – cu tədris ilində məktəbdə dörd Azərbaycan və bir rus bölməsi olmaqla beş birinci sinifdə 181 nəfər şagird təhsil alır. Onlardan 109 nəfəri ötən tədris ilində məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlardır.

Azərbaycan dili dərslərində “A”, “İ”, “Ə” hərflərinin hər birinin ayrılıqda “T” hərfi ilə birləşməsindən yaranan sözlərin oxunmasını əyani şəkildə düzüm lövhəsində aparılmasının, riyaziyyat dərsində isə “10 ədədi  və 10 dairəsində toplama çıxma”nın nə dərəcədə reallaşdığı aydın oldu.

Tədris ilinin yeni başlamasına baxmayaraq birincilər dərketmə və tətbiqetmə bacarıqlarını böyük həvəslə yerinə yetirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi