Beşyaşlılar

Məktəbəqədər təhsil sisteminin inkişafı Azərbaycan Respubilkasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biridir və bu sahəyə xüsusi diqqət yetirilir. Məktəbəhazırlığın təşkilinin məqsədi bütün uşaqların təhsili üçün əsas idraki proseslərin və ilkin bacarıqların formalaşmasıdır.

Məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.  Bu baxımdan da məktəbdə Azərbaycan bölməsi olmaqla “A” və “B” məktəbəhazırlıq qrupları təşkil edilmişdir. Oktyabrın 18 – də hər iki qrupun məşğələləri izlənildi. “A” qrupunda “Savad təliminə hazırlıq və nitq inkişafı”  məşğələsində uşaqlar “Ə”  səsi və “Ə” hərfi, “B” qrupunda isə “Ətraf aləmlə tanışlıq”  məşğələsində  “Tarladan süfrəyədək” mövzuları  üzrə təlim keçirildi. İbtidai sinif müəllimləri Nəzakət Allahverdiyeva və Afiqə  Kərimova tərəfindən aparılan məşğələlər beşyaşlıları əlifba təliminə, yazı texnikasının mənimsənilməsinə hazırlığa, təbiət və cəmiyyət haqqında düzgün təsəvvür formalaşdırmağa, uşağın ümumi inkişafına, nəticə etibarilə məktəbəhazırlığını təmin etməyə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi