"Sağlam qida - Sağlam nəsil" adlı tədbir keçirilib

22 yanvar 2016-cı il tarixdə məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırılmış "Sağlam qida - Sağlam nəsil" adlı layihənin "Sağlam gələcək uğrunda birləşək" şüarı altında növbəti mərhələsi keçirildi. Məktəbimiz qaliblər sırasında yer aldı. Tədbir zamanı məktəbin şagirdlərinin zərərli vərdişlərlə bağlı hazırladıqları maraqlı səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı. Tədbirdə Mustafa Haşim Polat - Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin koordinatoru, Şahlar Əsgərov - Professor, Əməkdar Elm xadimi, Süleymanova Afət - Təhsil Nazirliyinin əməkdaşı, Elvüsal Məmmədov - Fəlsəfə üzrə fəlsəfə doktoru, Səfər bəy Səfərbəyov - həkim, ekspert məktəbdə yaradılmış sağlam psixoloji mühit və tədbirlə bağlı xoş sözlərini, arzularını və tövsiyələrini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi