Müstəqilliyimiz əbədidir

Oktyabrın 17 – də “18 Oktyabr Dövlət Müstəqillik günü” nə həsr edilmiş “Müstəqilliyimiz əbədidir” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada məruzə edən məktəbin tarix müəllimi Rəhilə Heydərli dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanması uğrunda gedən mübarizələrdən bəhs etdi. Dövlət müstəqilliyimizin memarı və qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Daha sonra məktəbin şagirdləri müstəqillik mövzusunda məruzələr etdilər, bu mövzuda mahnı və şeirlər səsləndirdilər. Tədbir boyu “18 Oktyabr Dövlət Müstəqillik günü” nə həsr olunmuş  videoçarxlar nümayiş etdirildi.

Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova bu günün xalqımız və dövlətimiz üçün vacibliyindən söhbət açdı, müstəqilliyimizin əbədi olması üçün hər kəsi Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşməsinə və öz sahəsində Vətənə xidmət göstərməsini gənc nəslə tövsiyyə   etdi.

Tədbir Zəfər marşının sədaları altında sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi