Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planında nəzərdə tutulmuş texnologiya və fiziki tərbiyə dərslərinin tədrisi keyfiyyətinin öyrənilməsi davam edir.

Oktyabrın 16 – da məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə Texnologiya müəllimi Nailə Vəliyevanın 8b sinfində “Dekorativ tətbiqi sənət”, “Ağac üzərində oyma” mövzusunda keçdiyi dərs resurslarının zənginliyi, iş üsullarının müxtəlifliyi ilə seçildi. Fiziki tərbiyə müəllimi İlham Təhməzovun 5a sinfində  “Hərəkət sürətinin təkmilləşdirilməsi” mövzusunda keçdiyi dərsdə xüsusi seçilmiş hərəkətlərin icrasını etməklə estafet yarışları keçirdi.  Fiziki tərbiyə müəllimi Məlahət Eyvazova 8ç sinfində  “Maksimal qaçış sürətinin inkişaf etdirilməsi” mövzusunda keçdiyi dərsdə şagirdlər sıra hərəkətləri, irəliləmələr, yeriş, qaçış, hoppanmalar kimi hərəki elementləri icra etdilər.

Məktəb rəhbərliyi və  fənn müəllimləri tərəfindən dinlənilmiş dərslər təhlil edilərək müvafiq metodiki göstərişlər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi