Təhsil sərgisində

          11 – 13 oktyabr 2018 – ci il tarixlərində Bakı EXPO Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçirilir .

          Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Beynəlxalq Təhsil sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən ixtisasartırma mərkəzlərini bir araya gətirir. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130 – dan çox iştirakçını bir araya gətirib.

             Nəzərdə tutulmuş qrafikə uyğun olaraq 12 oktyabr 2018-ci il tarixində məktəbin X sinif şagirdləri , direktor, direktor müavini və iki müəllimi Təhsil sərgisində iştirak etdilər.

         Şagirdlər müxtəlif ölkələr üzrə ali təhsil müəssisələrinin təklif etdikləri təhsil xidmətləri ilə yaxından tanış oldular və onları maraqlandıran sualları müvafiq nümayəndələrə ünvanladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi