Texnologiya dərslərində

Məktəbin fəaliyyət planına əsasən oktyabr ayında texnologiya fənninin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur.

Oktyabrın 11 – də məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə 1a sinfində Rəfiqə Əliyevanın “Materiallarla iş – Gəlinciyin hazırlanması”, 5ç sinfində Qədim Qurbanovun, 5d sinfində Nadirə Əliyevanın, 5b sinfində Şəhla Məhərrəmovanın “Ailə büdcəsinin formalaşdırılması” mövzusunda keçdikləri dərslər dinlənildi.

1a sinif şagirdlərinin təklif olunan materiallardan istifadə edərək hazırladıqları gəlinciklər çox rəngarəng və maraqlı idi. “Ailədə büdcənin formalaşdırılması” mövzusunda keçirilmiş dərslərdə fənn müəllimləri düzgün forma və üsullardan istifadə etməklə tədqiqat tapşırığının icrasını şagirdlərə tövsiyə etdilər. İstər qrup, istərsə də fərdi şəkildə çalışan şagirdlərin büdcə, vəsait, ailə büdcəsinin təşkili və idarə olunması ilə bağlı maraqlı təqdimatları oldu. Şagirdlərin cavabları müəyyən olunmuş qiymətləndirmə meyarlarından istifadə edilməklə aparıldı.

Dinlənilən dərslər müəllimlərin iştirakı ilə təhlil olunaraq müəyyən metodiki tövsiyyələr verildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi