Məsuliyyəti birgə bölək

Oktyabrın 10 – da məktəb rəhbərliyinin, ümumi orta təhsil kursu üzrə buraxılış imtanlarının fənn müəllimləri və sinif rəhbərlərinin iştirakı ilə 9 – cu sinif valideynlərinin görüşü keçirildi.

İclasda məktəbin direktoru 2018 – 2019 – cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətlərindən, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydalarından, buraxılış imtahanlarının DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili), riyaziyyat və ingilis dili olmaqla iki mərhələdə aparılmasından, xüsusən cari tədris ilindən tətbiqi nəzərdə tutulan ingilis dili fənni üzrə dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı + 2 yazı tələb olunan açıq), oxuyub – anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırıq ( 5 qapalı + 4 yazı tələb olunan açıq) cəmi 15 tapşırığın tələblərindən və s. danışdı. Digər çıxış edənlər baraxılış imtahanının 1 – ci və 2 – ci mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunundan, məktəbdə buraxılış imtahanlarına hazırlıq işlərindən danışdılar.

Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi