Fiziki tərbiyə dərslərində

Məktəbin fəaliyyət planına müvafiq oktyabr ayı fiziki tərbiyə dərslərinin tədrisi keyfiyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur.

Oktyabrın 10 – da Sürət qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində VId sinfində Yadigar Paşayevin “Estafet qaçış texnikasının öyrədilməsi”, İlham Təhməzov və Məlahət Eyvazovanın VIIIç sinfində “Hərəkət tezliyinin inkişaf etdirilməsi, 60 metrə qaçış” mövzularında keçdikləri dərslərə məktəb rəhbərliyi tərəfindən baxış keçirildi. Müəllimlər dərs zamanı resurslardan dərsin məqsədinə müvafiq istifadə etməklə əlverişli metodlar seçərək hərəkətin zəruri intensivlikdə və həcmdə icrasını təmin etdilər. Şagirdlərin tapşırıqları icra etmələri yaş qrupundan asılı olaraq ünsiyyət qurmaq, davranış, əməkdaşlıq, mübarizlik, liderlik və s. kimi dəyərlər əsasında müşahidə aparmaqla müqayisə vasitəsilə qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi