Təlimin son günü
Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”ndə qalib gəlmiş 36 № - li tam orta məktəbin “Tədrisdə xüsusi distant texnologiyalarının istifadə sistemlərinin inkişaf və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları” layihəsi çərçivəsində məktəbdə ayrı – ayrı fənn bloklarından olan müəllimlərin iştirakı ilə aparılan təlim sentyabrın 28 – də başa çatdı.
Təlim zamanı müəllimlərə təhsildə interaktiv Flash formatlı oyunların hazırlanması qaydaları izah olundu, Etwining layihəsi haqqında məlumatlar verildi.
Sonda müdavimlərə sertifikatlar təqdim edildi.